"Yuventus" İqor Tudorla davam edəcək

"Yuventus" İqor Tudorla davam edəcək

İtaliyanın "Yuventus" klubu baş məşqçisi İqor Tudorla yola davam edəcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Turin təmsilçisinin baş direktoru Damien Komolli bildirib.

O, xorvatiyalı mütəxəssisin 2025/2026 mövsümündə də komandanı çalışdıracağını açıqlayıb. Daha əvvəl Tudorun klublararası dünya çempionatından sonra “Yuventus”u tərk edəcəyi bildirilirdi.

Qeyd edək ki, İ.Tudor bu ilin mart ayından "Yuventus" çalışdırır. Komanda A Seriyasının 2024/2025 mövsümünü dördüncü yerdə başa vurub.

"Cebheinfo.az"