Enerji içkisi sevənlərə - Xəbərdarlıq
“Enerji içkiləri tərkibindəki yüksək kofein səbəbindən yuxusuzluğa yol açmaqla yanaşı, insan orqanizmində gözlənilməz və ciddi fəsadlara da səbəb ola bilər”
Bu sözləri stomatoloq Antonio Longo deyib.
Həkimin sözlərinə görə, enerji içkiləri ağız boşluğunun turşuluq (pH) balansını pozur və tüpürcək bunu dərhal bərpa edə bilmir. Zaman keçdikcə bu proses diş minasının zədələnməsinə, dişləri fırçalayarkən kəskin narahatlığa və soyuğa qarşı həssaslığın artmasına səbəb olur.
A. Longo əlavə edib ki, bu içkilərin tərkibindəki kofein insanlarda təkcə yuxusuzluq deyil, həmçinin, ürəkbulanma və qarın ağrısı, ishal, narahatlıq, əsəbilik və qıcıqlanma kimi halları yaradır.
Digər mütəxəssis, Dr. Pablo Turrion isə enerji içkilərinin yan təsirlərinə qarşı xüsusilə həssas olan qrupları açıqlayıb.
O bildirib ki, bəzi insanların bu içkilərdən tamamilə uzaq durması şərtdir:
“Hamilə və südverən qadınlar, yeniyetmələr, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər və xroniki yuxu pozğunluğu olan şəxslər enerji içkilərinin zərərli təsirlərinə qarşı ən müdafiəsiz qrupdur”.
"Cebheinfo.az"

