53 il sonra tarixə düşdü

53 il sonra tarixə düşdü

Mərhum kunq-fu ustası və aktyor Brüs Li ölümündən 53 il sonra doğulduğu Kaliforniyada hər il xüsusi günlə anılacaq.

Axşam.az xəbər verir ki, Kaliforniya qubernatoru Qevin Nyusom 17 may tarixinin rəsmi olaraq "Brüs Li Günü" elan edilməsi barədə qanunu imzalayıb.

Qərara əsasən, hər il mayın 17-si Brüs Linin xatirəsinə həsr olunacaq. Bununla da o, Kaliforniya tarixində hər il adına rəsmi anım günü təsis edilən ilk Çin əsilli amerikalı kimi tarixə düşüb.

"Cebheinfo.az"