Naxçıvanda hərbi yürüş keçirilib - FOTO

Naxçıvanda hərbi yürüş keçirilib - FOTO

Naxçıvan şəhərində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar hərbi yürüş təşkil edilib.

“Cebheinfo.az” xəbər verir ki, hərbi yürüş şəhərin Dilqəm Pişəvəri küçəsindən Heydər Əliyev prospektində yerləşən Zəfər Parkınadək davam edib. Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yürüş iştirakçıları hərbi orkestrin müşayiəti ilə hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar və şüarlar səsləndiriblər.

“Cebheinfo.az”