17 yaşlı Kadırovun toyuna kimlər gedib?

Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın toy mərasimində çox sayda yüksəksəviyyəli qonaq iştirak edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə R. Kadırov danışıb. O, mərasimdə iştirak edən şəxslərin adlarını açıqlayıb. Toyda İran, Türkiyə, Qazaxıstanın səfirləri, Baş nazirin müavinləri Denis Manturov və Aleksandr Novak, Moskva qubernatoru Andrey Vorobyov iştirak ediblər.
O bildirib ki, mərasimdə iştirak etmək istəyən daha çox olub, ancaq vacib səbəblərdən iştirak edə bilməyiblər. Kadırovun oğlunun toyu barədə 28 iyunda onun bacısı Ayşat məlumat vermişdi.
Onun sözlərinə görə, mərasim kənddəki baba evində keçiriləcək, ancaq heç bir yayım olmayacaq. Gəlinin adı Mədnidir və Kadırovun ailəsi ilə eyni kənddəndir.
Xəzər
"Cebheinfo.az"