Paşinyan və Kallas Azərbaycanla sülhdən danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.
Bakupost.az xəbər verir ki, onlar regional vəziyyətə və sülh prosesinə toxunublar.
Aİ-nin ali nümayəndəsi qeyd edib ki, Brüssel Ermənistan-Azərbaycan ikitərəfli danışıqları zamanı qeydə alınan, regionda sabitlik və sülhün bərqərar olması üçün əsas ola biləcək müsbət irəliləyişi qeyd etməkdən məmnundur.
“Cebheinfo.az”