İranda 36 nəfər casusluq ittihamı ilə saxlanılıb

İranın Gilan əyalətində İsraillə əməkdaşlıqda ittiham olunan 36 nəfər saxlanılıb.
"Cebheinfo.az" xəbər verir ki, "Tesnim" xəbər agentliyinə danışan Gilan Polis İdarəsinin rəisi Hüseyn Həsənpur məsələ ilə bağlı məlumat verib.
Həsənpur deyib:
“Düşmənlə əməkdaşlıq edən, hərbi bölgələri dronla görüntüləyən, qəsdən yanğın törədən, əl istehsalı bomba hazırlayan və müxalif qruplarla əməkdaşlıq edən 36 nəfər saxlanılıb və hüquq-mühafizə orqanlarına təhvil verilib”.
İranlı rəsmilərin bildirdiyinə görə, saxlanılan şəxslərlə birlikdə 20 ədəd akkumulyator, 15 ədəd rabitə cihazı, 1 ədəd dron, 4 ədəd əl istehsalı bomba, 2 ədəd peyk interneti qəbuledicisi, 50 ədəd partlamaya hazır partlayıcı maddə və 39 ədəd müxtəlif qeyri-qanuni elektron cihaz müsadirə olunub.
Nigar Hacılı
"Cebheinfo.az"