Xameneyinin Putinə gizəmli məktubu: NƏLƏR YAZIB?

Xameneyinin Putinə gizəmli məktubu: NƏLƏR YAZIB?

İranın ali dini lideri Əli Xameneyi Rusiya Prezidenti Vladimir Putinə məktub ayzıb. Onun məktubunu İranın xarici işlər naziri Abbas Əraqçi  təqdim edəcək.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbəyə istinadən yazıb.

“İranın xarici işlər naziri Abbas Əraqçi Xameneyinin dəstək istəməsi ilə bağlı məktubunu Putinə verməlidir”, - xəbərdə deyilir.

İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi daha əvvəl demişdi ki, İran Rusiyanın ikitərəfli strateji tərəfdaşlığa əsaslanan rol oynamasını gözləyir.

İyunun 22-də Əraqçi Putin və yüksək vəzifəli şəxslərlə görüşmək üçün Moskvaya gedib. Danışıqlarda ABŞ və İsrailin İrana zərbələrindən sonra Yaxın Şərqdə və dünyada yaranmış vəziyyət müzakirə olunacaq.

Xəzər
“Cebheinfo.az”