Yekaterinburqda məhkəmə:Üzündə qançır olan daha bir azərbaycanlı gətirilib

Yekaterinburqda məhkəmə:Üzündə qançır olan daha bir azərbaycanlı gətirilib

Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb.

“Cebheinfo.az” xəbər verir ki, OMON-nun əməliyyaı çərçivəsində saxlanılan Məzahir Səfərov və Akif Səfərov 22 sutka müddətinə istintaq təcridxanasına göndəriliblər.

Daha bir şübhəli isə zala gətirilib. Bu şəxs Ayaz Səfərovdur. Yekaterinburq mətbuatının yazdığına görə, onun üzündə hematoma (qançır) var. Amma Rusiya mətbuatı nədənsə onun OMON-nun əməliyyatı zamanı fiziki zorakılığa məruz qaldığından yazmır və onun "mən yıxılmışam" dediyini iddia edir. 

O, jurnalistlərə bildirib ki, həbs olunmazdan əvvəl bu izlər olub:

“Yıxılmışam. Bu, həbsdən əvvəl olub, iyunun 25, 26-da yıxıldım, xatırlamıram”.

Ehtimala görə, bu ilkin ifadə ondan zorakılıqla alınıb.

Dövlət ittihamçısı onun barəsində də həbs-qətimkan tədbirinin seçilməsini xahiş edir. 

Xəzər
“Cebheinfo.az”