Yekaterinburqda son durum: Məzahirlə bağlı qərar verildi, Akif məhkəmə zalında-FOTO

Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb.
“Cebheinfo.az” xəbər verir ki, OMON-nun əməliyyaı çərçivəsində saxlanılan Məzahir Səfərov 22 sutka müddətinə istintaq təcridxanasına göndərilib.
Dövlət ittihamçısı digər şübhəli - Akif Səfərov barəsində həbs-qətimkan tədbirinin seçilməsini xahiş edir. Akif Səfərov 1963-cü il təvəllüdlü. Ailəlidir, yetkin yaşına çatmış uşaqları var. O, həm də işdə adı çəkilən “Kaspi” kafesində direktor işləyir.
Yerli mətbuatın məlumatına görə, ikinci müttəhim məhkəmə zalına gətirilib.
Məhkəmə iclası qapalı keçirilir.
Dövlət ittihamçısı Akifin barəsində həbs-qətimkan tədbirinin seçilməsini xahiş edir.
Xəzər
“Cebheinfo.az”