Qızı mənə zəng vurdu dedi ki, nənə ata anamın boğazını kəsdi- Kürdəmirdəki dəhşətli qətlin təfərrüatı

Kürdəmirdə qətl hadisəsi baş verib.
Den.az-ın yerli bürosu xəbər verir ki,hadisə iyun ayının 28-də axşam saatlarında rayonun Şilyan kəndində qeydə alınıb.
Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində kənd sakini 40 yaşlı Abdulov Elşən Abdulağa oğlu həyat yoldaşı 35 yaşlı Abdulova Samirə Mahir qızını boğaz nahiyəsindən bışaqla kəsdiyi bildirilir.Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.Hadisəni törətməkdə şübhəli bilinən Elşən Abdulov rayon polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Mərhumun anası Gülxara Rəhimova bildirib ki, əri qızı çox qısqanırmış.
“Hadisə axşam saatlarında baş verib. Evdəki gəlinimə bir zəng gəldi və o, məndən gizlətməyə çalışsa da, sonda çığırdı. Gəlinim zəngdə eşitdiyi xəbəri mənə demək istəmirdi, çünki şəkər xəstəsi olduğum üçün narahat idi. Ancaq sonra mənə dedi ki, qızı zəng edərək atanın ananın başını kəsdiyini deyib. Bu xəbəri eşidəndən sonra maşın tapıb dərhal hadisə yerinə getdim. Ancaq evin həyətinə girə bilmədim və qonşuda oturdum. Gecə saat birə qədər orada qaldım və sonra geri qayıtdım. Hadisənin detallarına gəlincə, qızı ilə birlikdə Bakıda olduğu və sonra geri qayıtdığı deyilir. Qızını qoyub yenidən Bakıya qayıtmaq istəyib, lakin həyat yoldaşı razı olmayıb. Üç ilə yaxındır ki, aralarında münaqişə var və polisə də düşüblər. Münasibətlərdə qısqanclıq məsələləri də var idi. Üç uşaqları var: iki oğlan və bir qız. Qızım deyib ki, səninlə yaşamaq istəmirəm, ayrı sərbəst yaşamaq istəyirəm. Biz, ata-ana olaraq, müdaxilə etmək istəmirdik və deyirdik ki, özləri bilər.Hadisəni oğlu görməyib. Oğul qızdan bıçaq istəyib ki, bıçağı ver ipi kəsim, birdən anan özünü asar. Uşaqların biri 10, digəri isə 16 yaşındadır”.
Mərhumun meyidi aidiyyatı üzrə təhvil verilib.Hadisə ilə bağlı Kürdəmir rayon prokurorluğundan bildirilib ki, İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1986-cı il təvəllüdlü Elşən Abdulovun Kürdəmir rayonunun Şilyan kəndində yerləşən yaşadığı evdə 1990-cı il təvəllüdlü Samirə Abdulovanı bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Elşən Abbasov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
"Cebheinfo.az"