Ankara Moskvadan razılıq istəyib

Ankara Moskvadan razılıq istəyib

Türkiyə Rusiyadan Moskvadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini üçüncü ölkəyə təhvil verməyə razılıq istəyib.

“Cebheinfo.az” “Bloomberg”-ə istinadən xəbər verir ki, mənbələrə görə, bu addım Amerikanın beşinci nəsil F-35 qırıcı təyyarələrinin alınmasına mane olan əsas maneəni aradan qaldırmaq məqsədi daşıyır.

Türkiyə rəsmiləri bildirirlər ki, son həftələrdə bu məsələ ilə bağlı danışıqlar davam edir. Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 sistemlərinin Rusiyaya qaytarılmasını təklif etmişdi, lakin bu təşəbbüs baş tutmamışdı.

“Ankara ümid edir ki, Rusiya hava hücumundan müdafiə sistemlərinin başqa bir ölkəyə təhvil verilməsi ABŞ-nin narahatlıqlarını aradan qaldıracaq və Türkiyənin Rusiyadan S-400-ləri aldıqdan sonra kənarlaşdırıldığı F-35 proqramı üzrə əməkdaşlığın bərpasına yol açacaq”,-deyə məlumatda deyilir.

Rəsmi Moskva və Ankara hələlik bu məlumatla bağlı rəsmi açıqlama verməyiblər.

Xəzər
“Cebheinfo.az”