Baş nazir istefasını TƏSDİQLƏDİ
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib.
“Cebheinfo.az” xəbər verir ki, o, bu məlumatı “Telegram” kanalında təsdiqləyib.
“Ukraynanın yaxın tarixinin ən çətin dövründə hökumətə rəhbərlik etmək şərəfinə nail olduğum üçün qürur duyuram”,-deyə o paylaşımda yazıb.
O, Ukrayna xalqına xidmət etməyə davam etməyə hazır olduğunu vurğulayıb. Sviridenko istefasının səbəblərini açıqlamayıb.
Bir müddət əvvəl Kiyevin baş naziri Volodimir Zelenski Ukrayna kabinetinin tezliklə yenilənəcəyini açıqlamışdı. Kabinetdəki dəyişikliklərə Baş nazir də daxildir.
Onun sözlərinə görə, Sviridenko Kiyevin əsas tərəfdaşı ilə münasibətlərdə yeni bir istiqamətə rəhbərlik edəcək.
Xəzər
“Cebheinfo.az”

