Onların rekordunu geridə qoydu
Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi Dünya Çempionatının pley-off mərhələsində 15 oyun keçirən tarixdəki ilk futbolçu olub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə FİFA özünün “X” hesabında məlumat yayıb.
Sayca 15-ci oyun İsveçrəyə qarşı keçirilən və Argentinanın 3:1 hesablı qələbəsi ilə başa çatan Dünya Çempionatı matçı olub.
Bununla da Messi turnirin pley-off mərhələsində 14 oyun keçirmiş keçmiş alman hücumçu və 2014-cü il Dünya Çempionatının qalibi Miroslav Klozenin rekordunu geridə qoyub.
"Cebheinfo.az"

