Ruslan Lunev növbəti dəfə qızıl medal qazanıb

Ruslan Lunev növbəti dəfə qızıl medal qazanıb

Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunev Estoniyanın Männiku şəhərində keçirilən "Lapua" Avropa Kubokunda növbəti qızıl medalını qazanıb.

"Cebheinfo.az" xəbər verir ki, atıcımız bu dəfə 25 metr standart tapança yarışında 571 xal toplayaraq bütün rəqiblərini geridə qoyub.

Bununla da o, fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

"Cebheinfo.az"