Nigeriyada silahlı hücum zamanı 10 nəfər həlak olub

Nigeriyada silahlı hücum zamanı 10 nəfər həlak olub

Nigeriyada törədilən silahlı hücumda 10 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, şəxsiyyəti hələ müəyyənləşdirilməyən silahlı şəxslər tərəfindən Otukpo-Nobi kəndinə hücum təşkil edilib.

Hücumda 10 nəfər ölüb, çox sayda insan yaralanıb.

Bölgə rəsmiləri hücumun törədildiyi kəndə təhlükəsizlik qüvvələrinin göndərildiyini, hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.

Nigeriya, uzun müddətdir ki, ölkənin müxtəlif bölgələrində silahlı dəstələrlə yanaşı, Boko Haram və İŞİD-in Qərbi Afrika qolu ISWAP terror təşkilatlarının hücumlarına məruz qalır.

"Cebheinfo.az"