HƏMAS iki il əvvəl İsrailə buna görə hücum edibmiş

Fələstinin HƏMAS hərəkatının 2023-cü il oktyabrın 7-də İsrailə hücum etməsinin bəzi təfərrüatları məlum olub.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, hücuma səbəb İsrail ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasını pozmağa hesablanıb.
Nəşr yazır ki, HƏMAS-ın keçmiş rəhbəri, ötən il öldürülən Yəhya Sinvar hücumdan əvvəl görüşdə bəyan edib ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılması üzərində iş xeyli irəliləyir və əgər onlar saziş bağlasalar, əksər ərəb və İslam ölkələri onlardan nümunə götürəcəklər.
Y.Sinvar hesab edib ki, hadisələrin bu cür inkişafı dünya ictimaiyyətinin diqqətini Fələstin məsələsindən yayındıra bilərdi.
O, Siyasi Büro üzvlərinə fövqəladə tədbirlər görülməsinin və regional qüvvələr balansında strateji dəyişikliyə nail olunmasının vacibliyini bildirib.
“Sinvar iki ildir planlaşdırılan hücumun həyata keçirilməsini tələb edib”, - deyə “The Wall Street Journal” yazıb.
"Cebheinfo.az"