Beyləqanda maşın rayonun giriş qapısına çırpıldı - Yaralılar var

Beyləqan rayonunda dörd nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, darəetmədən çıxan “Mersedes” markalı minik maşını rayonun simvolik giriş qapısına çırpılıb.
Hadisə Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Qazax sakini Abdullayev Həmid İsrail oğlu, 1997-ci il təvəllüdlü İsmayıllı sakini Quluzadə Rəşad Rauf oğlu, 1997-ci il təvəllüdlü Yardımlı sakini Rzazadə Ülvi Üzeyir oğlu, və 1998-ci il təvəllüdlü Beyləqan sakini Mövlamov Sabir Rasım oğlu yaralanaraq Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"