Paşinyan: "2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik"
Ermənistanın Baş naziri Nikol Paşinyan 2029-cu ildən Avropa İttifaqı (Aİ) ilə viza rejiminin liberallaşdırılmasına ümid etdiyini bildirib.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, o, bunu İrəvanda Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birgə brifinqdə bəyan edib.
"Mən demişdim ki, bizim vəzifəmiz buna iki il ərzində nail olmaqdır. Ümid edirəm ki, 2029-cu ildən bu, mümkün olacaq", - N.Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistan və Aİ bu istiqamətdə sıx şəkildə işləyir.
"Cebheinfo.az"

