Final matçının fantastik bilet qiymətləri

Final matçının fantastik bilet qiymətləri

DÇ-2026-nın rəsmi bilet təkrar satışı platformasında final oyunu üçün bilet qiymətləri fantastik həddə çatıb.

“Yeni Sabah” xəbər verir ki, FIFA-nın təkrar satış qiymətlərinə rəsmi limit qoymaması ucbatından bəzi biletlərin qiyməti hətta 2.3 milyon dolları ötüb.

Rəsmi təkrar satış platformasında yerindən və kateqoriyasından asılı olaraq qiymətlər kəskin fərqlənir: 

Ən ucuz kateqoriya: Stadionun ən yuxarı yaruslarında (qapı arxasında) yerləşən yerlər üçün qiymətlər minimum 10,000- 11,000 dollar civarından başlayır.

Orta kateqoriya: Stadionun orta və üst yaruslarında daha yaxşıgörünüşlü (II kateqoriya) yerlər 15,000 – 23,000 dollar aralığında təklif olunur. Stendin yuxarı hissəsindəki bəzi xüsusi yerlər isə 138,000 dollara qədər yüksəlir.

VIP, yaxşı yerlər və lojalar: Alt deyin (lower deck) rahat və premium yerləri 50,000 dollardan başlayaraq, lojalar və xüsusi dərəcəli biletlər üçün 2.3 milyon dollara qədər çatır. Hətta platformada bir biletin 11.5 milyon dollara yerləşdirildiyi də qeydə alınıb.

"Cebheinfo.az"