Paşinyan 70 faiz səs toplayıb

Paşinyan 70 faiz səs toplayıb

Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanır.

“Cebheinfo.az” xəbər verir ki, “Infocom” platformasının açıq məlumatlar əsasında apardığı hesablamaları təqdim edir. Telegram kanallarında yayılan ilkin nəticələr Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının böyük üstünlüklə irəlidə olduğunu göstərir.

İlkin hesablamalara görə, hakim partiya , indiyə qədər sayılan səslərin 70,4 faizini toplayıb. Əsas rəqib hesab edilən “Güclü Ermənistan” bloku 17,1 faizlə ikinci yerdədir. Robert Köçəryanın “Ermənistan” bloku 6,8 faiz, Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyası isə 3,5 faiz səs əldə edib.

Xəzər
“Cebheinfo.az”