Tramp Xameneyinin yerini bilir? – “Ağır yaralıdır”

Tramp Xameneyinin yerini bilir? – “Ağır yaralıdır”

Prezident Donald Tramp “NBC News”-a verdiyi müsahibədə İranın yeni rəhbərliyi barədə danışıb. Tramp onu İsrail və ABŞ ilə son münaqişə fonunda "daha rasional" və "çox ağıllı" hesab etdiyini bildirib.

“Cebheinfo.az” xəbər verir ki, o, İranın siyasi rəhbərliyində dəyişikliklərin keçmiş Ali Lider Əli Xameneyi və onun bir neçə silahdaşının hava hücumlarında ölümündən sonra baş verdiyini bildirib.

Tramp, həmçinin qeyd edib ki, Xameneyinin oğlu Müctəba Xamenei mümkün razılaşma üzrə danışıqlarda iştirak edir və yeni qərar qəbuletmə sistemində rol oynaya bilər. O əlavə edib ki, İran tərəfi istəsə, yeni İran rəhbərliyi ilə birbaşa danışıqlara açıqdır, lakin hələlik onunla şəxsən görüşməyib. Müctəba Xameneyini qiymətləndirən Tramp deyib:

"Gəncdir. Düşünürəm ki, daha rasionaldır. O yaralanıb. O, olduqca ağır yaralanıb. Bunda müəyyən bir cəsarət var.Əgər bu qədər ağır yaralansaydı, Bir çox insan ABŞ ilə necə davrandığımını düşünməzdi. Onların başqa fikirləri olardı. Amma Müctəba çox ağır yaralanıb”. 

İranın yeni ali rəhbərinin mümkün yerini şərh edən Tramp təfərrüatları açıqlamaqdan imtina edib və yalnız belə bir məlumata sahib olma ehtimalının "yüksək" olduğunu, lakin bunu təsdiqləməyə ehtiyac duymadığını bildirib.

Xəzər
“Cebheinfo.az”