Antonelli Monako Qran-prisinin qalibi olub

Antonelli Monako Qran-prisinin qalibi olub

"Mercedes" komandasının pilotu Kimi Antonelli "Formula-1" üzrə 2026-cı il mövsümünün 6-cı mərhələsi - Monako Qran-prisinin qalibi olub.

"Cebheinfo.az" xəbər verir ki, ikinci yeri "Ferrari"dən britaniyalı Lüis Hemilton, üçüncü yeri isə "Red Bull" komandasının fransalı pilotu İsak Hadyar tutub.

Dördqat "Formula 1" çempionu Maks Ferstappen start xəttində avtomobilinin dayanması səbəbindən yarışdan kənarlaşdırılıb. Monakolu Şarl Lekler Ferrarini divara çırpıb və bununla da komanda ilə yeni müqavilə imzaladıqdan sonra ilk yarışını başa vurub.

Hadisədən sonra trasda qırmızı bayraqlar dalğalandırılıb və yarış dayandırılıb.

Çempionatın ümumi sıralamasında Antonelli 156 xalla liderlik edir. Yeddiqat dünya çempionu Hemilton (90 xal) ikinci yerə yüksəlib. "Mercedes" komandasında çıxış edən Corc Rassel (88 xal) üçüncü sırada qərarlaşıb.

"Cebheinfo.az"