Ermənistanda seçki: İndyə qədər nələr olub...
Xəbər verdiyimiz kimi Ermənistanda səsvermə başa çatıb.
"Cebheinfo.az" xəbər verir ki, Daxili İşlər Nazirliyi saat 17:00-dək seçkilərdə pozuntularla əlaqədar 14 nəfəri həbs etdiyini açıqlayıb.
Qurum 198 iddia edilən pozuntu barədə məlumatı yoxlayıb.
"Ermənistan" bloku çoxsaylı açıq səsvermə, yönləndirilmiş və ya nəzarətli səsvermə kimi bir sıra pozuntuların qeydə alındığını iddia edib.
“Müstəqil Müşahidəçi” 1420 seçki məntəqəsində fəaliyyət göstərib. Onlardan 387-də müxtəlif pozuntu halları qeydə alınıb.
Baş nazirin aparat rəhbəri Arayik Harutyunyan isə seçkilərin gedişatını "çox yaxşı" qiymətləndirib. O, bəzi qüvvələrin və media orqanlarının seçkilər ətrafında lazımsız ajiotaj yaratdığını deyib. Hazırda səslərin hesablanması prosesi gedir.
Xəzər
"Cebheinfo.az"

