Ararat  Mirzoyan:"Koalisiya olmayacaq"

Ararat  Mirzoyan:"Koalisiya olmayacaq"

7 iyun parlament seçkilərindən sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hakim partiyanın qəti qələbəsinə inandığını deyib.

"Cəbheinfo.az"-ın məlumatına görə, Mirzoyan  hakimiyyəti zorakılıqla ələ keçirməyi düşünənlərə sərt xəbərdarlıq edib. O, legitim seçkinin nəticələrinə etiraz etmək üçün edilən hər hansı bir cəhdin təhrikçilərin  uzunmüddətli həbs cəzası ilə nəticələnəcəyini bildirib.

Jurnalistlərin gələcək hakimiyyət strukturu ilə bağlı suallarını cavablandıran Mirzoyan koalisiya hökumətinin qurulması ehtimalını  istisna edin.

O, hakim "Vətəndaş Müqaviləsi: Partiyasının ölkəni müstəqil idarə etmək üçün kifayət qədər etimad qazanacağına tam əmin olduğunu qeyd edib.

Ermənistan XİN rəhbəri açıqlamasında seçkilərdən sonrakı proseslərə xüsusi diqqət yetirib.

Nazir vurğuladı ki, ədalətli və şəffaf səsvermənin nəticələrinin tanınmaması konstitusiya quruluşuna birbaşa meydan oxuma kimi qəbul ediləcək.

Rəqiblərini radikal hərəkətlərdən çəkinməyə çağıran Mirzoyan bildirib ki, dövlət qurumları çevrilişə yol verməyəcək,  Ermənistan dövlətçiliyinə və suverenliyinə qəsd edənlər uzun illər həbsxanada yatacaqlar.

Müşfiq Abdulla
"Cebheinfo.az"