Azərbaycanın kişi voleybolçuları növbəti dəfə məğlub olub


Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Avropa Liqasında növbəti matçını keçirib.

"Cebheinfo.az"ın məlumatına görə, Boris Qrebennikovun baş məşqçi olduğu komanda İsveçrə ilə qarşılaşıb.

İsveçin Lund şəhərində baş tutan görüş rəqibin 3:0 (25:14, 25:17, 25:20) hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, Azərbaycan seçməsi ilk görüşdə Yunanıstana da 0:3 hesabı ilə uduzub.

"Cebheinfo.az"