Rusiya Kiyev küçələrini qana boyadı: Onlarla ölü və yaralı var

Rusiya Kiyev küçələrini qana boyadı: Onlarla ölü və yaralı var

Ötən gecə Rusiya Ukrayna ərazisinə kütləvi zərbələr endirib.

"Cebheinfo.az" Unian-a istinadən xəbər verir ki, əsas zərbələr paytaxt Kiyevə endirilib. Şəhərə həm dronlar, həm qanadlı raketlərlə atəş açılıb.

Əsasən yaşayış binalarına endirilən zərbələr nəticəsində çoxlu ölən və yaralananlar var, onların sayı arta bilər.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, ölənlərin sayı 14 nəfərə çatıb.

Mer Vitali Kliçkonun verdiyi məlumata görə, düşmənin paytaxta kütləvi hücumu nəticəsində 40-dan çox insan yaralanıb. Onlardan 30-dan çoxu xəstəxanaya yerləşdirilib.

Tkaçenko bildirib ki, dağıntılar Solomenski, Svyatoşinski, Darnitski, Dniprovski, Podolski və Obolonski rayonlarında 12 məntəqədə qeydə alınıb.
Səhərə yaxın Rusiya həmçinin Odessaya dronlarla kütləvi hücum təşkil edib. Şəhərdə çoxlu dağıntılar var, çox sayda insan xəsarət alıb./Musavat.com

"Cebheinfo.az"