Zelenski Rusiyanın axşam hücumundan danışdı

Zelenski Rusiyanın axşam hücumundan danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun ölkəsinə raket və pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində azı 15 nəfərin öldüyünü, 75 nəfərin isə yaralandığını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Zelenski “Telegram” hesabından verdiyi açıqlamada, rusların gecə saatlarında Ukraynaya raket və PUA hücumlarının paytaxt Kiyev, Odessa, Çerniqov, Nikolayev, Jitomir, Kirovoqrad və Zaporojye bölgələrini hədəf aldığını bildirib.

Rusların 440-dan çox PUA və 32 raketlə hücum etdiyini bildirən Zelenski, "Bu, Kiyevə edilən ən dəhşətli hücumlardan biri idi" deyib.

Kiyevin 8 müxtəlif rayonunda dağıntılar baş verdiyini bildirən Zelenski, dağıntılar altından insanların xilas edilməsi üçün işlərin davam etdiyini qeyd edib.

Odessa şəhərində axtarış-xilasetmə işlərinin davam etdiyini vurğulayan Zelenski, hazırkı məlumata görə, hücumlar nəticəsində azı 15 nəfərin öldüyünü, 75 nəfərin isə yaralandığını bildirib.

Zelenski ölkəsinə edilən hücumları "terror hücumu" kimi qiymətləndirərək, "Putin bunu yalnız müharibəni davam etdirə bildiyi üçün edir. O, müharibənin davam etməsini istəyir. Bu dünyada güclülərin buna göz yumması pisdir" deyib.

Nigar Hacılı 
"Cebheinfo.az"