Çin İsraildəki vətəndaşlarına xəbərdarlıq edib

Çin İsraildəki vətəndaşlarına xəbərdarlıq edib

İsrail və İran arasında artan münaqişə təhlükəsizlik vəziyyətini pisləşdirdiyi üçün Çin öz vətəndaşlarına İsraili tərk etmələri barədə xəbərdarlıq edib.

"Cebheinfo.az" xəbər verir ki, Çinin Təl-Əvivdəki səfirliyi rəsmi “WeChat” hesabında ölkədəki vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edib.

Xəbərdarlıqda "İsrail-İran hazırkı münaqişəsi kəskinləşməkdə davam edir. Mülki obyektlərə ziyan dəyir, mülki əhali arasında itkilər artır və təhlükəsizlik vəziyyəti daha da pisləşir" deyə bildirib.

Səfirlik İsrail hava məkanı bağlı olduğu üçün vətəndaşlara İordaniya ilə sərhəd-keçid məntəqələri vasitəsilə quru yolu ilə getməyi tövsiyə edib.

Nigar Hacılı 
"Cebheinfo.az"