İsrail İrana “sürpriz” hazırlayıb: Elə bir dəhşət olacaq ki...

“İsrail İrana qarşı yeni əməliyyat hazırlayıb. Bu, elə bir əməliyyatdır ki, 2024-cü ildə Livanda “Hizbullah” üzvlərinin peycerlərinin kütləvi şəkildə partladılmasını onun yanında çox sadə görünəcək”.
“Cebheinfo.az” xəbər verir ki, bunu İsrailin ABŞ-dəki səfiri Yehiel Layter Amerikanın "Merit Street" telekanalına deyib.
"Biz bir neçə sürpriz hazırlamışıq. Toz-duman çökəndə, cümə axşamı, cümə günü peycerlərlə əməliyyatı demək olar ki, sadə göstərəcək bir neçə sürpriz görəcəksiniz", - deyə səfir bildirib.
2024-cü il sentyabrın 17 və 18-də Livanın müxtəlif yerlərində rabitə cihazlarında, əsasən peycer və radiolarda çoxsaylı partlayışlar baş verib. Məlumata görə, 37 nəfər həlak olub, 3000-dən çox insan yaralanıb.
“Hizbullah” partlayışların təşkilində İsraili günahlandırıb. Daha sonra İsrail rəhbərliyinin nümayəndələri əməliyyatın ölkənin xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyini təsdiqləyiblər.
Xəzər
“Cebehinfo.az”