Gəncə sakini Ukrayna müharibəsinin qurbanı oldu

Gəncə sakini Ukrayna müharibəsinin qurbanı oldu

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

"Cebheinfo.az" Bakupost.az-a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Gəncə şəhər sakini Ruhin Museyibov Rusiya-Ukrayna müharibəsində həyatını itirib.

Onun cənazəsi artıq Gəncə şəhərindəki Səbiskar adlanan qəbristanlıqda torpağa tapşırılıb.

Rusiya tərəfdən müharibəyə qatılan həmyerlimiz uzun illər Vladivastok şəhərində yaşayıb, iki övlad atası idi.

"Cebheinfo.az"