Lökbatan-Qobu yolunda qəza: Avtomobil aşdı

Bakının Qaradağ rayonunda, Lökbatan-Qobu yolunda yol-nəqliyyat hadisəsi baş verib.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında qeydə alınıb.
90-TT-720 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı minik avtomobili hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.
Hadisə zamanı nəqliyyat vasitəsinin sürücüsü avtomobildə tək olub.
O, yüngül bədən xəsarətləri alıb.
https://t.me/xeberleroxu/123882
"Cebheinfo.az"