Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirib

Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununa çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Monteneqro seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisi daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3 hesabı ilə uduzub.

"Cebheinfo.az"