Mahirdən karyerasını harada davam etdirəcəyi ilə bağlı açıqlama

Mahirdən karyerasını harada davam etdirəcəyi ilə bağlı açıqlama

“Hazırda danışıqların yekunlaşmasını gözləyirəm. Amma agentlərdən də xahişim olub ki, indi millinin oyunlarına köklənmək istəyirəm, ondan sonra transfer məsələlərinə baxarıq”.

Bunu Azərbaycan yığmasının üzvü Mahir Emreli deyib. 

“Nürnberq”dən ayrılan forvard yeni klub axtarışlarından danışıb: “Almaniyadan da, başqa ölkələrdən də təkliflər var. Amma Almaniyada qalmaq istəyərəm. Çünki ölkəni tanıyıram, insanları tanıyıram. Milli komandanın Macarıstanla oyunundan sonra bu məsələlərə aydınlıq gələcək”. 

Qeyd edək ki, Mahir Emrelinin xidmətində Almaniya Bundesliqa təmsilçisi “Haydenhaym”, ikinci Bundesliqa təmsilçisi “Kauzerslauten” və Səudiyyə Ərəbistanı klubları maraqlıdır.

"Cebheinfo.az"