Azərbaycanın voleybol millisi Gürcüstana qalib gəlib

Azərbaycanın voleybol millisi Gürcüstana qalib gəlib

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gümüş Avropa Liqasında növbəti oyununu keçirib.

"Cebheinfo.az" xəbər verir ki, yığma Gürcüstan kollektivi ilə üz-üzə gəlib.

İsveçdə təşkil olunan qarşılaşma Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda ötən gün İsveçə uduzub - 0:3.

"Cebheinfo.az"