Bakı transformator məntəqəsində yanğın olub

Bakı transformator məntəqəsində yanğın olub

Səbail rayonunda yanğın olub.

"Cebheinfo.az" xəbər verir ki, hadisə Elçin Əzizov küçəsində qeydə alınıb.

Dərhal əraziyə FHN-in yanğınsöndürmə qüvvələri cəlb olunub. Yanğın nəticəsində “Azərişıq” ASC-yə məxsus transformator yanıb.

Alovun digər hissələrə keçməsinin qarşısı alınıb və transformatorun qalan hissəsi yanğından mühafizə olunub.

"Cebheinfo.az"