Nazim Sadıxov ikinci raundda rəqibini nokauta salıb

Bakıda keçirilən UFC döyüş gecəsində əsas görüşlərə start verilib.
"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan təmsilçisi Nazim Sadıxov oktaqona çıxıb.
O, yüngül çəki dərəcəsində ABŞ təmsilçisi Nikolas Motta ilə qarşılaşıb. İlk raunda Motta fəal başlayıb. Lakin Sadıxov üstünlüyü ələ almağı bacarıb. O, ikinci raundda rəqibini nokauta salıb.
Ardıcıl yumruq zərbələrinə tab gətirə bilməyən Motta döyüşü davam etdirə bilməyib.
Nəticədə təmsilçimiz qalib gəlib.
"Cebheinfo.az"