İmamla qoşulub qaçan 16 yaşlı qız danışdı - VİDEO

Abşeronda 16 yaşlı qız yaşadığı Aşağı Güzdək qəsəbəsinin mollası tərəfindən evlənmək məqsədilə qaçırılıb.
"Cebheinfo.az" xəbər verir ki, Aşağı Güzdək qəsəbə məscidinin imamı Turab Tahirov deyir ki, qızın ailəsi onun boşanmış olmasını qəbul etməyib:
“Qızı bəyəndikdən sonra elçilərimi göndərmişəm. “Boşanmışa qız vermərik” deyərək, imtina ediblər”.
16 yaşlı qız isə imamla öz istəyi ilə getdiyini bildirib:
“Turab mənə çox dedi ki, “18 yaşın tamam olsun, sonra qaçaq”. Mən dedim “gəl gedək”. Onsuz da 1 ay yarımdan sonra 17 yaşım tamam olacaq”.
Qeyd edək ki, qız qaçırıldıqdan sonra onun ailəsi dərhal hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Ətraflı İTV-nin videomaterialında:
"Cebheinfo.az"