Fatih Altaylı saxlanıldı - YENİLƏNİB

İstanbul Prokurorluğu jurnalist Fatih Altaylının saxlanılmasının səbəbini açıqlayıb.
"Cebheinfo.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, sosial media hesabında verdiyi açıqlamalara görə “prezidenti hədələmək” ittihamı ilə başladılan istintaq çərçivəsində saxlanılıb.
“20.06.2025-ci il tarixində adı hallanan “Youtube” sosial media kanalında prezidentimiz Rəcəb Tayyib Ərdoğanı hədəf alan təhdid xarakterli açıqlamalarına görə Fatih Altaylıya qarşı CM-nin 310/2 və 106/1-ci maddələri (prezidenti təhdid etmə) ilə istintaq başladılıb. İstanbul Polis İdarəsinə onun həbsi ilə bağlı göstəriş verilib”, - İstanbul Prokurorluğunun açıqlamasında deyilir.
***
23:06
Türkiyədə tanınmış jurnalist Fatih Altaylı saxlanılıb.
Türkiyə mətbuatı xəbər verir ki, bu haqda onun həyat yoldaşı Hande Altaylı məlumat yayıb.
Fatih Altaylının bu gün axşam saatlarında İstanbulun Şişli rayonundakı evində saxlanıldığı bildirilir.
Altaylının hansı səbəblə saxlandığı haqda heç bir məlumat verilməyib.
"Cebheinfo.az"