Sumqayıtda kişi meyiti tapılıb

Sumqayıtda mənzildən kişi meyiti tapılıb.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 1-ci mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü Şəfiyar Çingiz oğlu Əhmədovun meyiti yaşadığı ünvanda aşkarlanıb.
Meyit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır.
"Cebheinfo.az"