Azərbaycanla xarici ölkələr arasında yağın qiymətində ŞOK FƏRQ

“Bu ilik yanvar-aprel aylarında ölkəyə 9 323 ton 500 kq kərə yağı idxal edilib. Bunun üçün 65 mln. 474 min dollar ödənilib ki, bir kq kərə yağının ölkəyə idxal qiyməti 11 manat 93 qəpik olub”.
“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, bu ilin ilk 4 ayında ölkə üzrə kəra yağının orta satış qiyməti 23 manat 59 qəpik olub:
“Yəni, yağ idxal qiymətindən 2 dəfədən də çox baha satılır. Kişinyovdayam, bir az öncə marketlərdə yağ qiymətlərinə baxdım. Bizim pulla 1 kq kərə yağı 12-13 manat arasında satılır. Niyə bu qədər qiymət fərqi var? Səbəb çox sadədir, Moldova Ümumdünya Ticarət Təşkilatının üzvüdür, bu sahədə inhisarçılıq yoxdur, yerli istehsalları da az deyil.
Ölkədə bir çox sahələrdə anormal qiymətlərin olması, məhz yerli istehsalın azlığı, inhisarçılıq və yüksək vergi-gömrük rüsumlarına görədir. Yeri gəlmişkən, Moldovada mal ətinin 1 kilosu 10-12 manat arasında dəyişir”.
Nigar
“Cebheinfo.az”