Qəzzada ölənlərin sayı AÇIQLANDI

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 107 nəfər artaraq 53 min 762 nəfərə çatıb.
"Cebheinfo.az" xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən açıqlamada İsrailin Qəzzada davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.Bildirilib ki, son 24 saatda Qəzzada 3-ü dağıntılar altındn çıxarılan 107 ölü, 247 yaralı xəstəxanalara çatdırılıb.
İsrail ordusunun yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozaraq 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 3 613 fələstinlinin həyatını itirdiyi, 10 156 nəfərin isə yaralandığı açıqlanıb.
2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 53 min 762 nəfərə, yaralı sayının isə 122 min 197 nəfərə yüksəldiyi bildirilib.Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.
Nigar Hacılı
"Cebheinfo.az"