Qarpızın bilmədiyimiz FAYDALARI

Qarpızın bilmədiyimiz FAYDALARI

Yay aylarının ən sevilən meyvələrindən olan qarpız təbii şəkər tərkibli və təravətvericidir. 

"Cebheinfo.az" xəbər verir ki, qarpız xərçəng hüceyrələrinin artmasının qarşısını alır və ürək fəaliyyətini yaxşılaşdırır, böyrək və sidik kisəsinin təməzlənməsində faydası böyükdür.

Böyrəklərdən xırda daş və qumların xaric olunmasında qarpızın böyük rolu var. Qarpız böyrəklərdən zülalın xaric olunmasını sürətləndirir.

Qarpızın tərkibi C vitamini ilə zəngindir. Qarpız arterial təzyiqi aşağı salır, tərkibindəki liflər sayəsində bağırsaqların fəaliyyətini sürətləndirir, orqanizmi toksinlərdən təmizləyir. Qarpız arterial təzyiqi aşağı salmaq qabiliyyətinə malikdir.

Qarpızın tərkibində likopen maddəsi vardır ki, bu da orqanizmi bəzi xəstəliklərə qarşı A vitaminindən 2 dəfə, E vitaminindən 10 dəfə artıq qoruyur. Likopen antioksidant təsirə malikdir.

Likopenin tərkibində olan sərbəst radikallar oqranizmdə olan toksinlərin oqranizmdən xaric olunmasına yardım edir. Yay aylarında tez-tez qarpız yemək orqanizmin 1 illik toksinlərdən təmizləməsinə səbəb olur.

Qarpızın tərkibində suyun miqdarı çox olduğuna görə həzmi sürətləndirir və bağırsaqların yaxşı işləməsinə yardım edir. Yeməkdən əvvəl qarpız yemək çox faydalıdır.

“Cebheinfo.az”