Evinə girən ilan gəncin barmağını sancdı - FOTOLAR

Türkiyənin Adıyaman şəhərində gecə saatlarında qorxulu hadisə yaşanıb. Evə daxil olan ilan 29 yaşlı Y.A.-nın barmağını dişləyib.
"Cebheinfo.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı evdə istirahət edən gənc qəfil ağrı hiss edərək yardım istəyib. Yaxınları tərəfindən dərhal xəstəxanaya çatdırılan Y.A.-nın vəziyyətinin hazırda stabil olduğu bildirilir.
İlanın evə haradan daxil olduğu və hansı növə aid olduğu araşdırılır. Yerli hakimiyyət orqanları bölgə sakinlərini xüsusilə yay aylarında daha ehtiyatlı olmağa çağırıb.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.
"Cebheinfo.az"