UNESCAP-ın 82-ci sessiyasına hazırlıq işləri müzakirə olunub

UNESCAP-ın 82-ci sessiyasına hazırlıq işləri müzakirə olunub

Bu gün Baş nazir Əli Əsədov BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbana ilə görüşüb.

Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə A.Alişahbananın İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə iştirakının önəmi qeyd edilib.

Azərbaycan ilə UNESCAP arasında uzunmüddətli tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Gələn ilin aprel ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan UNESCAP-ın 82-ci sessiyasına hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı Azərbaycan ilə UNESCAP arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub, həmçinin BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA çərçivəsində səmərəli işbirliyinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

"Cebheinfo.az"