Saray körpüsünün ətrafı genişləndirilir - FOTOLAR

Saray körpüsünün ətrafı genişləndirilir - FOTOLAR

Sumqayıt şəhəri ilə Abşeron rayonunu birləşdirən Saray körpüsü ətrafında genişləndirmə işlərinə başlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, yeni infrastruktur layihəsinin icrasında məqsəd nəqliyyatın hərəkətini asanlaşdırmaq və əhalinin rahatlığını təmin etməkdir.

Tikinti işlərinin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Layihənin icrası nəticəsində həmin istiqamətdə nəqliyyatın hərəkət intensivliyi azalacaq, eyni zamanda vətəndaşların gündəlik gediş-gəlişi daha təhlükəsiz və rahat olacaq.

Sumqayıtı Abşeronla birləşdirən Məhəmməd Əsədov küçəsində - dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün inşasına ötən lin dekabr ayında başlanılmışdı və tikinti işləri martda yekunlaşdırılıb. 3 aşırımdan ibarət olan körpü, 4 hərəkət zolağından ibarətdir. Körpü 104 metr uzunluğunda və 21,6 metr enində inşa olunub. Həmçinin, körpünün sağ və sol hissələrində piyada səkiləri də tikilib.

Körpü 4 dayaq üzərində inşa edilib və orta dayaqlarda 1,5 metr diametrli 6 sütun yerləşir. Ümumilikdə körpü 12 sütundan ibarət olub, hər dayaq iki cərgəli svaylar üzərində qurulub. Svayların uzunluğu 14 metr, diametri isə 1 metrdir və ümumilikdə 80 svaydan istifadə olunub.

"Cebheinfo.az"