Həbsdə olan azərbaycanlı bəstəkardan Ərdoğana MÜRACİƏT

Həbsdə olan azərbaycanlı bəstəkardan Ərdoğana MÜRACİƏT

Hazırda həbsdə olan bəstəkar Tural Bayraməliyev Türkiyə Prezidentinə müraciət edib.

“Yeni Sabah”a daxil olan müraciətdə bildirir ki, o Türkiyə Respublikasında 2018-ci ilin 14 mart tarixində həbs edilərək İstanbul Anadolu 2-ci cəza-sülh məhkəməsində cəza evinə göndərilib. 

İctimai xadim iddia edir ki, İstanbul-Maltəpə qapalı cəza infaz qurumunda olarkən işgəncələrə məruz qalıb: “2019-cu ilin martın 26-dan 27-nə keçən gecə kameraların önündə ona cəza evinin rejim rəisi və nəzarətçilər tərəfindən fiziki olaraq şiddət göstərilərək döyüldüm. Bundan sonra məhkəmə qərarı olmadan qanunsuz şəkildə Azərbaycana ekstradisiya edildim. 

Bu məcburi göndərməni Avropa məhkəməsi qanunsuz hesab edərək 7000 avro cərimə təyin edib. 2025-ci il 19 fevral tarixində yenidən Avropa Məhkəməsi Türkiyə hökumətinə Avropa Konvensiyasının 41-ci maddəsini rəhbər tutaraq mənə dəymiş maddi və mənəvi zərərin kompensasiyasını tövsif edib. Buna baxmayaraq, həmin qərar icra olunmayıb.

Bir dəfə olsun Türkiyə səfirliyi mənim haqqımda maraqlanmayıb ki, bu insanın aqibəti necə oldu. Mənə dəymiş maddi zərər 120 min avro olaraq dəyərləndirilsə də, mənəvi zərər 27 min avro ilə ölçülə bilməz. Bir vətən, millət, yurdsevən ictimai, siyasi və mədəni düşüncələrindən dolayı bu qədər müddət cəzalandırılması mübah, deyil günahdır. İctimaiyyətə çatdırmaq istəyirəm ki, mənim başımdan bir tük əskik olsa bunun məsuliyyəti Türkiyə hökumətinin üzərinə düşür. Gec ya tez, əlbət bir gün hər kəs tarix qarşısında cavab verməli olacaqdır”.  

Həbsdə olan bəstəkar Türkiyə prezidentinə müraciət ünvanlayıb. O bildirib ki, R.T.Ərdoğan bu məsələdən xəbərdar olmayıb:

“Mən inanıram ki, o xəbərdar olsa, bu cür neqativ halların baş verməsi mümkünsüz olardı. Təəssüflər olsun ki, artıq olan olmuşdur. Sadəcə hüququmun bərpası üçün cənab prezidentin mənə kömək göstərməsini xahiş edirəm. İnanıram ki, ədalət tərəfdarı olan sayın cumhurbaşkanı öz dərin təfəkkürlü diplomatiyası ilə bu məsələnin çözülməz bağının mürəkkəbliyini həll edəcəkdir”.

​​​​​​"Cebheinfo.az"