“Xarıbülbül” Musiqi Festivalı başa çatıb - VİDEO

“Xarıbülbül” Musiqi Festivalı başa çatıb - VİDEO

Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan növbəti “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başa çatıb. 

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunan builki festivalda səhnəyə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin incəsənət xadimləri çıxıb.

Qeyd edək ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdam, Bərdə və Ağcabədidə təşkil edilib. Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra festival yenidən Şuşada keçirilir.

​​​​​​"Cebheinfo.az"