Xalq artisti: “Həmin pulu Araz Ağalarov ödədi”

Xalq artisti Samir Cəfərov mərhum ispan opera ifaçısı Monserrat Kabalye ilə illər əvvəlki görüşündən danışıb.
"Cebheinfo.az" axşam.az-a istinadən xəbər verir ki, müğənni "Zaurla Günaydın" verilişində həmin görüşün maddi tərəflərini azərbaycanlı biznesmen Araz Ağalarovun ödədiyini deyib:
"Moskvada bir müəllimin yanına getdim, məşhur qadın idi. "Bal-maskarad" operasında ariya oxudum. Dedi ki, bir də oxuya bilərsiniz? Oxudum, telefonu açdı. Sən demə, Monserrat Kabalyeyə zəng edib ki, belə səs var. O da dedi ki, 2 gün sonra olsun mənim yanımda. Bilet aldım, Moskvadan uçdum, onun yanına getdim. Bu dəstəyə görə dostum Araz Ağalarova minnətdaram. Maddi məsələləri o etdi. Getdim gördüm evində can həkimi azərbaycanlı idi. Zaraqoza və Andorrada evində oldum. Çox sadə idi, elə bil məni 50 ildir tanıyır. İtalyan dilində danışdıq. İtalyan ariyaları oxuduğum üçün bilirəm. Onun üçün hətta muğam da oxudumuşdum, ağlamışdı".
Qeyd edək ki, Monserrat Kabalye 2018-ci ildə vəfat edib.
"Cebheinfo.az"