“Kosmik Yol”un unudulmaz ulduzu öldü

2000-ci illərdə televiziyada yayımlanan “Star Trek” (Kosmik Yol) serialında “Klingon Kansleri” obrazı ilə tamaşaçıların rəğbətini qazanan məşhur aktyor Piter-Henri Şröder vəfat edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə 90 yaşlı sənətçinin ailəsi açıqlama yayıb.
Məlumata görə, Piter-Henri Şröder iyun ayında Florida ştatının Leyk Siti şəhərində yerləşən Veteranlar Tibb Mərkəzində ailəsinin yanında vəfat edib. Aktyorun ölüm səbəbi açıqlanmayıb. Piter-Henri Şröder daha çox 2000-ci illərdə çəkilən və dörd mövsüm davam edən “Star Trek: Enterprise” serialındakı obrazı ilə tanınıb. “Klingon Kansleri” rolunu canlandıran aktyor tamaşaçılar tərəfindən sevilərək yaddaşlarda qalıb.
Qeyd edək ki, aktyor sənət karyerasına başlamazdan əvvəl ABŞ ordusunda, Koreya müharibəsi zamanı aktiv hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra isə 70 il boyunca aktyor, rəssam, film prodüseri və rejissor kimi fəaliyyət göstərib. O, kino, televiziya və teatr sahələrində saysız-hesabsız layihələrdə iştirak edib.
Əfsanə
“Cebheinfo.az”